"Tottenhem" heyətində xiddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Kristian Romero dünən "Sanderlend"lə matçda (0:1) zədələnərək meydanı tərk edib.
Onun 5 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir. Onun üçün mövsüm erkən başa çatıb.
Qeyd edək ki, Kristian Romero cari futbol ilindı 32 matça meydana çıxıb. O, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.










































































