UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son cavab oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Almaniya "Bavariya"sı İspaniya "Real Madrid"ini qonaq edib.
Meydan sahibləri 4:3 hesablı əzmkar qələbə qazanıb. İlk görüş də münhenlilərin 2:1 hesablı səfər qələbəsi ilə başa çatdığından, "Bavariya" yarımfinala yüksəlib.
İngiltərə təmsilçisi "Arsenal" isə Portuqaliya çempionu "Sportinq"i sınağa çəkib. Qarşılaşma qolsuz başa çatıb - 0:0.
"Topçular" səfərdə qazandıqları 1:0 hesablı qələbənin üstünlüyü ilə mərhələ adlayıblar.
Beləliklə, yarımfinalda "Bavariya" Fransa PSJ-sinə, "Arsenal" İspaniya "Atletiko"suna rəqib olub. İlk oyunlar 28-29 apreldə, cavab görüşləri 5-6 mayda keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
23:00. "Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya) - 4:3
Qollar: Aleksandar Pavloviç, 5. Harri Keyn, 38. Luis Diaz, 89. Maykl Olise, 90+4 - Arda Güler, 1; 29. Kilian Mbappe, 42
Qırmızı vərəqələr: Eduardu Kamavinqa, 86. Arda Güler, 90+5 (hər ikisi "Real Madrid")
İlk oyun - 2:1
23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
İlk oyun - 1:0


















































































