Javoxir Sindarov Kiprdə keçirilən şahmat üzrə İddiaçılar Turnirinin vaxtından əvvəl qalibi olub.
Sportnet.az xəbər verir ki, 20 yaşlı özbəkistanlı qrossmeyster XIII turda əsas rəqiblərindən biri – Aniş Giri ilə qara fiqurlarla heç-heçə edib.
Bu nəticədən sonra Sındarov xallarının sayını 13 turdan 9,5-ə çatdıraraq sona bir tur qalmış birinciliyi təmin edib.
Beləliklə, turnirin son – XIV turu artıq formal xarakter daşıyacaq. Çünki rəqiblərinin heç birinin onu liderlikdən kənarlaşdırmaq üçün nəzəri şansı qalmayıb.
Bu qələbə sayəsində Sındarov dünya şahmat tacı uğrunda görüşdə iştirak hüququ qazanıb. O, həlledici qarşılaşmada hazırkı dünya çempionu, Hindistan təmsilçisi Qukeş Dommaracu ilə üz-üzə gələcək.















































































