Fransa millisinin və İngiltərə "Liverpul"unun futbolçusu Yuqo Ekitike üçün mövsüm başa çatıb və o, dünya çempionatını da buraxacaq.
Sportnet.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu sağ ayağının axill vətərini qırıb və ən azı 7–9 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu səbəbdən, Ekitikenin DÇ-2026-da iştirakı demək olar ki, mümkünsüz sayılır.
Hələlik rəsmi tibbi açıqlama verilməsə də, komandanın baş məşqçisi Arne Slot də zədənin ciddi olduğunu bildirib: “Hamımız gördük ki, vəziyyəti yaxşı deyildi. Yaxşı görünmürdü, amma tibbi müayinənin nəticələrini gözləməliyik”.
Xatırladaq ki, Yuqo Ekitike bu zədəni Fransa PSJ-sinə qarşı Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda alıb. O, heç bir təmas olmadan yerə yıxılıb, güclü ağrı hiss edib və meydançanı xərəkdə tərk edib.













































































