"Qəbələ" yarımmüdafiəçisi Prins Ovusu yenu müqavilə imzalayıb.
Klubun Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, qanalı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.
20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.
















































































