İspaniya "Selta"sının futbolçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi zorlamada ittiham olunur.
İspaniyalı vinger, həmçinin, zərərçəkmişə 50 min avro təzminat ödəməli və qarşıdakı 12 il müddətində ona 500 metrdən çox yaxınlaşmamalıdır.
Qeyd edək ki, xoşagəlməz hadisə 2017-ci ildə İbizada baş verib.