Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenko İtaliyanın "Peskara" klubunun prezidenti ola bilər.
Sportnet.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis artıq klubun sahibi Daniele Sebastyani ilə görüşüb.
Şevçenko "Peskara"nın səhmlərinə nəzarət paketinin alınması üçün Sebastyani ilə danışıqlar aparır. O, alışda maraqlı olan bir qrup sahibkarın nümayəndəsi kimi danışıqlarda iştirak edir. Veteran hücumçu bu gün komandanın C Seriyasında "Qubbio" ilə matçına da qatılacaq.
Qeyd edək ki, Andrey Şevçenko 1999 - 2006-cı illərdə və 2008/2009 mövsümündə "Milan"ın formasını geyinib. Mütəxəssis cari mövsüm "Cenoa"nın baş məşqçisi də olub.