Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti matçı Mehdi Hüseynzadə adında Sumqayıt şəhər stadionunda təşkil olunub.
Sportnet.az xəbər verir ki, "Sumqayıt" və "Qarabağ" arasındakı qarşılaşma məhsuldar alınıb.
Qonaq komanda bir çox aparıcı futbolçusu oynamamasına rəğmən, görüşdən qələbə ilə ayrılmağı bacarıb - 4:3.
Artıq 3-cü dəqiqədə Ramil Şeydayev hesabı açıb. 21-ci dəqiqədə Emmanuel Addai növbəti qolu vurub.
53-cü dəqiqədə "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə fərqi azaldıb. Lakin 64-cü dəqiqədə Şeydayev dubl edib.
76-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Rüstəm Əhmədzadə keçmiş komandasını məyus edib.
Lakin bu da oyunda son qol olmayıb. 85-ci dəqiqədə Aleksey Kaşuk "Qarabağ"ın 4-cü, 90+3-cü dəqiqədə isə Emil Mustafayev "Sumqayıt"ın 3-cü qolunu vurub.
Beləliklə, bu qələbə sayəsində "Qarabağ" çempionatı 69 xalla 2-ci, "Sumqayıt" isə 41 xalla 7-ci pillədə başa vurub.
-----------------------
Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 15-ci dəqiqədə Aron Maluda açıb. Fransalı vinger çempionatda 9-cu topunu vurub.
64-cü dəqiqədə Xəyal Əliyev "Sabah"ın ikinci qoluna imza atıb.
"Turan Tovuz"un təsəlli qolunu isə 86-cı dəqiqədə Ayxan Hüseynov vurub.
Beləliklə, çempion "Sabah" Premyer Liqanı 78 xalla, 3-cü yerin sahibi "Turan Tovuz" isə 59 xalla başa vurub.
------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" və "Sabah" komandaları üz-üzə gələcək.
Saat 17:00-da başlanacaq görüş Tovuz şəhər stadionundakı avrokubok hazırlıqları ilə əlaqədar "Bank Respublika Arena"da gerçəkləşəcək. Qarşılaşmanı sabiq FIFA referisi Rauf Cabarov idarə edəcək.
32 turdan sonra "Sabah" 75 xalla 1-ci, "Turan Tovuz" 59 xalla 3-cü yeri təmin edib. Formal xarakterli matçın nəticəsi komandaların mövqeyinə heç bir təsir göstərməyəcək.
Tərəflər arasındakı əvvəlki 14 oyunun 4-də Tovuz, 7-də Masazır təmsilçisi qələbə qazanıbsa, 3 heç-heçə qeydə alınıb. Topların nisbətində də "Sabah"ın üstünlüyü var - 21:18. Bu komanda son 2 matçda qələbə qazanıb. “Turan Tovuz”un son üç ev oyununda hər iki komanda qol vurub.
Günün digər görüşündə "Sumqayıt" "Qarabağ"ı sınağa çəkəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 19:30-da gerçəkləşəcək qarşılaşmanın baş hakimi Elvin Bayramov olacaq.
66 xalla 2-ci yeri təmin etmiş "Qarabağ"dan fərqli olaraq, 41 xalla 7-ci yerdə gedən "Sumqayıt" çempionatı bir pillə öndə bitirmək imkanına malikdir. Bunun üçün ilk növbədə, qələbə qazanmaq lazımdır.
Əvvəlki 53 oyunun cəmi 8-də “Sumqayıt” qalib gələ bilib. “Qarabağ” isə 40 matçdan üstün ayrılıb. 5 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi böyük üstünlüyə malikdir: 130:26.
“Sumqayıt” son iki görüşdə qol vurub. “Qarabağ” son 3 səfərdə qalib gəlib.
Azərbaycan Premyer Liqası, XXXIII tur
22 may (cümə)
17:00. “Turan Tovuz” – “Sabah” - 1:2
Qollar: Ayxan Hüseynov, 86 - Aron Maluda, 15. Xəyal Əliyev, 64
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bank Respublika Arena”
19:30. “Sumqayıt” – “Qarabağ” - 3:4
Qollar: Səbuhi Abdullazadə, 53. Rüstəm Əhmədzadə, 76. Emil Mustafayev, 90+3 - Ramil Şeydayev, 3; 64. Emmanuel Addai, 21. Aleksey Kaşuk, 85
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, XXXIII turun açılış oyununda "Qəbələ" "Şamaxı"ya qalib gəlib - 3:1. Turun qalan oyunları 23-24 mayda olacaq.












































































