
"Oyun barədə danışmaq çox çətindir. Komandanın aqressiyası yox idi. bunu araşdıraraq nəticə çıxaracağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Rüstəm Əliyev səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis hücumları cinahlardan qurduqlarını bildirib: "Amma bir hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Rəhbərliyi, azarkeşləri sevindirə bilmirik. Azarkeşlərdən üzr istəyirik. Növbəti oyundan qələbə gözləyirik".
Komandaya 20 gündür baş məşqçi təyin olunduğunu xatırladan Əliyev futbolçuların fiziki durumunun çox aşağı səviyyədə olduğunu vurğulayıb: "Aqressiv futbol çatışmır. Daxili enerjini göstərməlisən, bu gün onu da göstərə bilmədik".