"Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin ilk qərarını
verib. Klubdan Sportnet.az-a verilən məlumata görə, türkiyəli mütəxəssis əvəzedici
heyətdən əsas komandaya 4 oyunçunu cəlb edib.
Kazım Kazımlı, Bəhruz Teymurov, Elvin Mirzəyev və
Elnur Cəfərov əsas komanda ilə iyunun 24-dən Türkiyənin Ərzurum bölgəsində başlanacaq
təlim-məşq toplanışında iştirak edəcəklər.
Əlavə edək ki, Lənkəran təmsilçisinin hazırlığının 2-ci mərhələsi Almaniya və ya Avstriyada baş tutacaq.