Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilən "Qəbələ" - "Neftçi" matçında növbəti insident baş verib.
Sportnet.az-ın məlumatına görə, oyuun sonlarında azarkeşlər meydana fişəng atıblar. Bu səbəbdən görüş qısa müddətdə dayanıb.
Qonaq komandanın qapıçısı İvan Brkiç fişəngi kənara çıxardıqdan sorna oyun davam edib.
Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.