UEFA prezidenti Aleksander Çeferin avrokubokların yeni formatı ilə bağlı tənqidlərə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, sloveniyalı funksioner "L Equipe" nəşrinə açıqlamasında bunun Avropa Super Liqası layihəsi olmadığını söyləyib.
Çeferin deyib ki, Superliqada həmişə eyni klublar oynamalı idi: "Burada isə vəziyyət fərqlidir və komandalar yeni formata böyük maraq göstərirlər".
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi avrokuboklarda komanda sayını 32-dən 36-ya yüksəldib, qrup mərhələsini isə ləğv edib. Yenilik 2024/2025 mövsümündən tətbiq olunmağa başlayacaq.