
“Neftçi” Premyer Liqanın 27-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ səfərindən qayıdandan sonra iki günlük istirahətə buraxılan komanda üzvləri məşqlərə start veriblər. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, mayın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.