Futbol üzrə Rusiya Premyer Liqasını tərk edən ilk klub bəlli olub.
Sportnet.az-ın məlumatına görə, "Arsenal" (Tula) komandası aşağı liqaya düşüb.
Tula təmsilçisi XXIX turda "Ufa"ya 1:2 hesabı ilə uduzub və sona bir tur qalmış 23 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.
"Arsenal" növbəti mövsüm Milli Futbol Liqasında (FNL) mübarizə aparacaq. Komanda sonuncu dəfə 2015/2016 mövsümündə FNL-də çıxış edib.