Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Frankfurt təmsilçisinin qapıçısı Kevin Trapp ilə hücumçusu Rafael Borre, həmçinin "Reyncers"in yarımmüdafiəçisi Co Aribo və müdafiəçisi Kelvin Bassi iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. "Ayntraxt" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa qarşılaşmanın penaltilər seriyasında rəqibini məğlub edib - 5:4.