
UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Spornet.az xəbər verir ki, bu ada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının qapıçısı Kevin Trapp layiq görülüb.
32 yaşlı qolkiper Şotlandiya "Reyncers"inə qalib gəldikləri həlledici görüşdə 5 qurtarışla yadda qalıb.
Qeyd edək kİ, Frankfurt təmsilçisi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa qarşılaşmanın penaltilər seriyasında rəqibini məğlub edib - 5:4.