
Bakı "İnter"inin və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Tsxadadze yığmanın heyətini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, mütəxəssis martın 23-dən start götürəcək toplanışa 24 futbolçu dəvət edib.
Maltayla yoldaşlıq, Almaniya ilə keçiriləcək AVRO-2016-nın seçmə mərhələ oyunu üçün dəvət olunan futbolçular siyahısında Azərbaycan çempionatında çıxış edən iki futbolçunun adı var. Bunlar "İnter"də top qovan Baçana Tsxadadze və Aleksandr Amisulaşvilidir.
Qapıçılar: Georgiy Loriya (OFİ, Yunanıstan), Nukri Revişvili ("Tosno", Rusiya)
Müdafiəçilər: Uça Lobjanidze ("Omoniya", Kipr), Saba Kvirkveliya ("Rubin", Rusiya), Laşa Dvali ("Kasımpaşa", Türkiyə), Corc Navalovski ("Tosno", Rusiya), Quram Kaşiya ("Vitess", Hollandiya), Aleksandr Amisulaşvili ("İnter", Azərbaycan).
Yarımmüdafiəçilər: Kaxa Maxaredze ("Paxtakor", Özbəkistan), Djaba Kankava ("Dnepr", Ukrayna), Okriaşvili ("Genk", Belçika), Valeriy Kazaişvili ("Vitess", Hollandiya), Levan Keniya ("Slava", Çexiya), Nikolay Dzamalidze ("Yaqelloniya", Polşa), Jano Ananidze ("Spartak", Rusiya), Sandro Kobaxidze ("Volın", Ukrayna).
Hücumçular: Georgiy Çanturiya ("Kluj", Rumıniya), Levan Mçedlidze ("Empoli", İtaliya), Baçana Tsxadadze ("İnter", Azərbaycan).
Qeyd edək ki, Legioner həyatı yaşayan 19 futbolçunun adını siyahıya əlavə edən Kaxa yerli çempionatdakı oyunçuları hələ müəyyənləşdirməyib.