
"Zirə" klubunun futbolçularının 2021/2022 mövsümündə göstəriciləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında ən çox - hərəyə 28 oyuna Məhəmməd Hamdaui və Davit Volkov çıxıb. Hamdaui 2 252 dəqiqəyə 3 qol, Volkov 2 112 dəqiqəyə 11 qol vurmağı bacarıb.
Azərbaycan Kubokunda isə ən yüksək göstərici Dimitrios Çantakias, Davit Volkov, Təmkin Xəlilzadə və Coşqun Diniyevə məxsus olub. Onlar hərəyə 10 oyuna çıxıblar. Çantakias 510 dəqiqəyə 2 qol, Xəlilzadə 474 dəqiqəyə, Diniyev 413 dəqiqəyə hərəyə 1 qol vurubsa, Volkov meydanda olduğu 486 dəqiqə ərzində fərqlənə bilməyib.
"Zirə" komandası mövsüm ərzində cəmi 3 qırmızı vərəqə alıb. Meydandan qovulanlar Coşqun Diniyev, Ağabala Ramazanov və Hamidu Keyta olub.