"Püşk qarşımıza yaxşı rəqib çıxardı".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
40 yaşlı mütxəssis bildirib ki, İsrailin "Makkabi" (Təl-Əviv) klubu Azərbaycan futbol ictimaiyyətinə tanış rəqibdir: "Yaxın keçmişdə "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir".
Sadıqovun sözlərinə görə, Təl-Əviv təmsilçisi ilə matçlar maraqlı təcrübə olacaq: "Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.