"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə bağlı qərarını açıqlayıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 62 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənib. Gəncə təmsilçisi ilə 1 illik sözləşmə imzalayan baş məşqçi Premyer Liqada da komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Yaşar Vahabzadə I Divizionda son 3 mövsümdə komandaya rəhbərlik edib.