Türkiyə millisinin futbolçusu Burak Yılmaz karyerasını Niderlandda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 37 yaşlı hücumçu "Fortuna Sittard" klubu ilə 5 illik müqavilə imzalayıb.
Təcrübəli forvard ilk 2 ildə oyunçu kimi çıxış edəcək. O, 3 ili isə komandada məqşçi kimi keçirəcək.
Qeyd edək ki, Burak Yılmazın son klubu Fransa "Lill"i olub.