Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandasının üzvü Aysu Əsədova sərt cəzalandırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib.
Buna futbolçunun 17 aprel 2026-cı ildə Gürcüstana qarşı keçirilmiş Avropa çempionatının seçmə matçında rəqib oyunçuya hücum etməsi səbəb olub.
UEFA-nın İntizam Reqlamentinin müvafiq maddəsinə əsasən, Əsədova qitə futbol qurumunun milli komandalar arasında keçirilən yarışlarından 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüşdə Azərbaycan millisi 1:4 hesabı ilə məğlub olub. Əsədova 65-ci dəqiqədə sarı vərəqə alsa da, 90+4-cü dəqiqədə ikinci "sarı"dan yox, birbaşa qırmızı vərəqə ilə meydançadan qovulub.
Xatırladaq ki, Aysu Əsədova "Sabah" komandasında çıxış edir. Əsədova 2025-ci ildə bu klubun U-17 komandasının heyətində mövsümün ən yaxşı oyunçusu seçilib.









































































