Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Gəncə təmsilçisi icarə əsasında Samir Məhərrəmlini heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
“Sabah”a məxsus olan futbolçu U-21 millisinin də şərəfini qoruyub.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl Tural Axundov, Elvin Yunuszadə və Kamran İbrahimovu sıralarına cəlb edib.