Uels millisinin sabiq futbolçusu Neyl Teylor Azərbaycandan təklif alıb.
Sportnet.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisinin xidmətində Türkiyə və Hindistan klubları da maraqlıdır.
Ötən mövsümün sonunda İngiltərənin "Midlsbro" komandasından ayrılan təcrübəli oyunçu hazırda azad agentdir.
Qeyd edək ki, Neyl Teylor "Mançester Siti", "Aston Villa", həmçinin, ölkəsinin "Suonsi" və "Reksem" klublarında da çıxış edib.