"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.
Sportnet.az "One.co.il" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" İsrailin "Aşdod" klubunda çıxış edən Fares Abu Akellə maraqlanır.
25 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Fares Abu Akel 2019-cu ildən "Aşdod"da çıxış edir. “Neftçi” daha əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi, ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi Kenni Sayefi və qanalı hücumçu Qodsvey Donyonu heyətinə qatıb.