“Komandada əhval-ruhiyyə çox yaxşıdır”.
Bunu Sportnet.az-a açıqlamasında "Şamaxı"nın kapitanı Elvin Məmmədov deyib.
Yay fasiləsində “Sumqayıt”dan transfer edilən 34 yaşlı futbolçu yeni mövsümdə rəhbərliyi və azarkeşləri sevidirmək istədiklərini bildirib: "Komandada əcnəbi futbolçunun olmaması yerli gənclərin oynaması üçün şansdır. Heyətimizdə 7 futbolçu var ki, U-21 yığmasında çıxış edir. Onlar böyüməli, bu yükü çiyinlərində daşımağı öyrənməlidirlər”.
Təcrübəli futbolçu Premyer Liqanın I turunda “Neftçi” ilə keçiriləcək matça yaxşı hazırlaşdıqlarını vurğulayıb: "Rəqib avrokuboklarda iştirak edən, illərin komandasıdır. Çətin olacaq, amma layiqli oyun göstərməyə çalışacağıq".
O, eyni zamanda yaşının ona çətinlik törədməyəcəyini deyib: "Maksimum çalışacam ki, yaxşı çıxış edim, düşünmür ki, yaşım oyunuma hər hansısa problem yaradacaq".
Məmmədov "Şamaxı"nın məşqçisi Cavid Hüseynov barədə də danışıb: "Hüseynovla komanda yoldaşı olmuşuq, onunla dostam. Amma iş başqa, dostluq başqa. Yaxşı kollektivimiz var, komanda ruhu ilə çalışırıq. Digər amillər işimizə mane olmayacaq, əksinə xeyrimizə işləyəcək”.
Ağa DADAŞZADƏ