"Neftçi"nin futbolçusu Azər Salahlı klubun sağlamlıq sponsoru “Liv Bona Dea Hospital”da tibbi müayinədən keçib.
Sportnet.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, həkimlər 28 yaşlı müdafiəçiyə 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu qoyublar.
Cərrahi əməliyyat yaxın günlərdə klubun sağlamlıq sponsorunun xəstəxanalarının birində həyata keçiriləcək. Futbolçu 3 ayadək yaşıl meydandan kənarda qalacaq.
Qeyd edək ki, Azər Salahlı çərçivəsində avqustun 11-də UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Vyana “Rapid”i ilə Avstriyadakı cavab matçının ilk hissəsində zədələnərək əvəzlənib.