"Ölkənin ən yaxşı komandası bu gün meydanda idi"
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfrasında deyib.
41 yaşlı mütəxəssis qarşılaşmada atmosferin çox yaxşı olduğunu bildirib. "Bizi dəstəkləyən kifayət qədər azarkeş var idi. "Qarabağ" kimi komandalara qarşı nəticə əldə etmək üçün imkanlardan yararlanmaq lazımdır. Alınmırsa, cəzalanacaqsan".
Belaruslu baş məşqçi son dəqiqələrdə qollar buraxdığı üçün təəssüf hissi keçirdiyini söyləyib: "Daha çox futbolçulara görə pis oldum. Meydanda öz güclərini qoydular. Texniki zonada biz də müəyyən hisslər keçiririk. Lakin daha çox oyunçulara görə məyusam".