Türkiyənin "Beşiktaş" klubu İngiltərə millisinin sabiq futbolçusu Dele Allinin keçidini yekunlaşdırıb.
Sportnet.az "Fotomac" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Everton"da çıxış edən 26 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.
Dele Alli mövsümün sonunadək "qara-qartallar"ın formasını geyinəcək.
Qeyd edək ki, Dele Alli ilin əvvəlində "Tottenhem"dən "Everton"a keçib.