1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin gedənləri qayıtdı
Topaz Premyer Liqasının XXVII turunda istirahət edən "Qəbələ” növbəti oyunun hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, martın 28-də əvəzedici komanda ilə yoxlama oyunu keçirib, 7:2 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri dünən XXVIII turun AZAL-la görüşünün hazırlıqlarına başlayıb.
Yoxlama matçının ertəsi məşq edib, ardınca bir günlük istirahət edən "qırmızı-qaralar" çalışmalarını Qəbələdə davam etdirir. Gündə bir dəfə keçirilən məşqlərdə yalnız zədəli Dodo iştirak etmir. Azərbaycan millisinin düşərgəsindən qayıdan Cavid Hüseynovla Ruslan Abışov, U-21-dən qayıdan Tellur Mütəllimov da məşqlərə qatılıb. Zədə səbəbindən bir müddət fərdi hazırlıq keçən Elvin Camalov da artıq komandaya qoşulub.
Növbəti iki gündə də doğma məkanda məşq edəcək "Qəbələ” aprelin 3-dəki hazırlığın ardından Bakıya yollanacaq. XXVIII tur çərçivəsində AZAL-la səfər görüşündən bir gün əvvəl komandamız paytaxtda məşqə çıxacaq. Oyunöncəsi son məşq qarşılaşmanın baş tutacağı Şüvəlandakı "AZAL Arena”da baş tutacaq.
Qeyd edək ki, AZAL – "Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.