"Qarabağ"ın futbolçusu İbrahma Vadji Fransaya yollanıb.
Klubun mətbuat katibi Gündüz Abbaszadənin Sportnet.az-a verdiyi məlumata görə, seneqallı hücumçunun "Sent Etyen"ə transfer olunduğuna dair xəbər doğrudur.
O bildirib ki, 27 yaşlı forvard yeni klubunda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.