
İngiltərə "Mançester Yunayted"i heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, "qırmızı şeytanlar"ın Niderland "Ayaks"ının və Braziliya millisinin hücumçusu Antonini transfer etdiyini yazıb. 22 yaşlı forvardla 5+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Mançester Yunayted"in Antoni üçün qarşı tərəfə 100 milyon avro təzminat ödəyəcəyi bildirilib.