
Çimərlik futbolu üzrə Azərbaycan millisinin Dünya Çimərlik Oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, İtaliyanın Katanya şəhərində İsveçrə seçməsi ilə qarşılaşan yığma 4:7 hesabı ilə məğlub olub.
Komandanın heyətində Orxan Məmmədov və Amid Nəzərov dubl edib. Milli növbəti oyununu sabah Ukraynaya qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.