Fransa çempionu PSJ transfer pəncərəsinin son günündə keçid reallaşdırıb.
Soortnet.az xəbər verir ki, Paris klubu İspaniyanın "Valensiya" klubundan 25 yaşlı yarımmüdafiəçi Karlos Soleri heyətinə qatıb.
Bunun üçün 18 milyon avro ödəniləcək. Müqavilə 2027-ci ilin iyununadək qüvvədə olacaq. Futbolçunun artıq İspaniyadan Fransanın paytaxtına yollandığı anın görüntüləri yayılıb.