"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji "Sent Etyen"in heyətində səfərdə "Pau"ya qarşı Liqa 2-nin VII tur matçında debüt edib.
Sportnet.az xəbər verir ki, meydana 66-cı dəqiqədə daxil olan seneqallı hücumçu 84-cü dəqiqədə penalti qazanıb. Bunun nəticəsində "Sent-Etyen" heç-heçəyə nail olub - 2:2.