
"Qarabağ" Almaniyada "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu öncəsi son məşqinə çıxıb.
Sportnet.az-ın Frayburqa ezam olunmuş əməkdaşı xəbər verir ki, "Europa-Park" stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, sentyabrın 8-i təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.