 
UEFA Avropa Liqasının qrup mərhələsində II tur matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Danimarka "Midtüllan"ından Evander Ferreyra, Almaniya "Frayburq"undan Mixael Qreqoriç, Belçika "Yunion"undan Teddi Teuma və Niderland "Feyenoord"undan Alireza Cahanbaxş iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    




















































