Topaz Premyer Liqasının XXVIII turunda səfərdə "Bakı" ilə sülh bağlayan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandada yorğunluq hiss olunduğunu deyib.
O, bunları söyləyib: "Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. "Bakı” bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdi. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməliyik".
Baş məşqçi hücumda müəyyən problemlərin olduğunu da qeyd edib: "Hücumda müəyyən problemlərimiz var. İstədiyimiz dəyişiklikləri edə bilmirik. Sizinlə danışmalı çox məsələ yoxdur. Futbolçularla isə çox məsələni danışmalıyıq”.