"Öz komandamı yaxşı oyun münasibəti ilə təbrik edirəm. "Xəzər Lənkəran”la oyun bizim üçün vacib idi. Çünki ardıcıl iki oyunda qələbə qazana bilməmişdik". Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
"Xəzər Lənkəran"la oyundan danışan gürcüstanlı mütəxəssis heyətlə bağlı problemlərin olduğunu söyləyib: "Başa düşürəm ki, "Xəzər Lənkəran” gənclərdən qurulub və futbolçular bəzi epizodlarda kobud oynadılar. Komandam bundan sonra kubok matçına yaxşı hazırlaşmalıdır”.
Qeyd edək ki, "İnter" "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edib.