"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bir neçə futbolçusunu əsas komandadan kənarlaşdıracaq.
Sportnet.az-az məlumatına görə, bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales mətbuat konfransında bildirib.
59 yaşlı mütəxəssis çox oyunçuya sahib olmağın komandaya mənfi təsir etdiyini söyləyib: "Bu qədər futbolçu baş məşqçi, komanda və oyunçular üçün problemdir. Klub prezidentindən xahiş etmişəm. Qapıçılar istisna 24-dən çox futbolçunun məşqlərdə olmasını istəmirəm".
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. Yunanıstan çempionu qrup matçları üçün 31 oyunçu sifariş edib.