İngiltərə yığmasının və "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi karyerası ərzində ən yaxşı komanda yoldaşının adını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu Karlos Teveslə birdə çıxış etməkdən daha çox zövq aldığını bildirib. O, ilk gündən bir-birilərini çox yaxşı tamamladıqlarını söyləyib: "Teveslə daim mövqeyimizi dəyişdirdik. Məm gah 9, gah da 10 nömrəli formada çıxış edə bilərdim. Topu itirdiyimiz vaxt onun uğrunda mübarizəyə atılan öküzlərə dönərdik".
Qeyd edək ki, oktyabrın 24-də 37 yaşı tamamlanacaq Ueyn Runi 2004 - 2017-ci illərdə "Mançester Yunayted"in futbolçusu olub. O, 559 qarşılaşmada 253 qol və 146 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu karyerasını 2021-ci ilin yanvarında tamamlayan Runi hazırda ABŞ-ın "Di Si Yunayted" komandasının sükanı arxasındadır.