
"Qarabağ" komandası bu mövsüm Avropa kuboklarında daha bir ölkənin çempionuna qalib gəlib.
Sportnet.az-ın məlumatına görə, bu dəfə Yunanıstan Super Liqasında 2021/2022 mövsümünün qızıl medalçısı "Olimpiakos" səfərdə məğlub edilib - 3:0.
Bununla da Polşa, İsveçrə və Macarıstanın ardından 4-cü ölkənin çempionunu yenmək mümkün olub. "Qarabağ" Çempionlar Liqasında müvafiq olaraq, "Lex" (səfərdə 0:1, evdə 5:1), "Sürix" (evdə 3:2, səfərdə əlavə vaxtda 2:2) və "Ferentsvaroş"u (evdə 1:1, səfərdə 3:1) üstələməyi bacarıb.
Avropa Liqasının qrup mərhələsində isə Fransa Kubokunun qalibi "Nant" Bakıda darmadağın edilib - 3:0.