1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də 3 itki
Topaz Premyer Liqasının XXIX turunda "Simurq”la qarşılaşacaq "Qəbələ” oyunun hazırlığını başa vurub. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” oyunöncəsi son məşqini də doğma arenada keçirib.
Roman Qriqorçukun komandası daha çox toplu çalışmalara üstünlük verib. Braziliyalılar Rafael Santos və Dodo, həmçinin rumıniyalı Aleksandru Benqa istisna olmaqla, bütün futbolçular hazırlıqda iştirak edib. Yüngül zədədən sonra bərpa prosesi keçən Santos və Benqa fərdi məşqlə kifayətləniblər. Zədədən sonra hələ məşqlərə başlamayan Dodo isə çalışmalara qatılmayıb.
Qeyd edək ki, aprelin 9-da keçiriləcək "Qəbələ” – "Simurq” oyunu saat 19:00-da başlayacaq. Qarşılaşma "İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.