
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda yer alan “Araz-Naxçıvan”ın oyunlarının başlama saatı açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından Sportnet.az-a verilən məlumata görə, təmsilçimiz ilk iki oyununu 19:30-da, son matçını isə 22:00-da keçirəcək.
Eyni zamanda, ilk iki oyunu idarə edəcək hakimlər də müəyyənləşib.
Qeyd edək ki, bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.
Çempionlar Liqası
“Araz-Naxçıvan” – “Orebro” (İsveç)
26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
“Loznika Qrad” (Serbiya) – “Araz-Naxçıvan”
27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30
Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”
29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00