
Topaz Premyer Liqasının XXIX turunda "Simurq”la qarşılaşan "Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, qələbə seriyasını 6-ya çatdırıb. "Qırmızı-qaralar”a 3 xal qazandıran qolu komandanın kapitanı Ruslan Abışov vurub. Onun cərimə zərbəsindən vurduğu qol Azərbaycan çempionatları tarixinə düşüb. Bu top 1992-ci ildən keçirilən yarışlarda 11000-ci qol olub. Abışov yubiley qolu və uğurlu seriya haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
"Artıq komandamızın vəziyyəti qaydasına düşür. İnanıram ki, daha yaxşı olacaq". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına açıqlamasınd deyib.
Təcrübəli müdafiəçi hər oyuna qələbə üçün çıxdıqlarını vurğulayıb: "Simurq”la matçda da 3 xal qazana bildik. Ardıcıl 6 oyundur qalib gəlirik. Vacib olan da qələbədir".
Topaz Premyer Liqasının XXIX turunda "Simurq”la qarşılaşan "Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, qələbə seriyasını 6-ya çatdırıb. "Qırmızı-qaralar”a 3 xal qazandıran qolu komandanın kapitanı Ruslan Abışov vurub. Onun cərimə zərbəsindən vurduğu qol Azərbaycan çempionatları tarixinə düşüb. Bu top 1992-ci ildən keçirilən yarışlarda 11000-ci qol olub. Abışov hər qarşılaşmaya qol vurmaq istəyi ilə çıxdığını etiraf edib. Amma onun fikrincə, əsas qələbə qazanıb, öz aktivlərinə 3 xal əlavə etməkdir: "Simurq”la qarşılaşmada qol vurdum. Amma daha önəmli olanı qələbəmiz idi. Buna da nail olduq. Matçdan sonra ölkə çempionatları tarixində 11000-ci qolun müəllifi olduğumu bildim. Bu qolu "Qəbələ” azarkeşlərinə həsr edirəm. Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Amma hələ çalışmalıyıq. Çünki qarşıda 6 görüşümüz qalıb. Bu matçlarda da qələbə üçün mübarizə aparacağıq. Həmin oyunlarda maksimum nəticə əldə etməliyik”.
Qeyd edək ki, ölkə çempionatlarında vurulan 11000 qoldan 12-si Abışovun öz hesabındadır. O, "Simurq”la qarşılaşmada "Qəbələ”nin heyətində 4-cü, Premyer Liqada 12-ci qolunu vurub.