
"Son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, rəqib layiqli oyun göstərdi və heç-heçə ədalətdli nəticədir".
Sportnet.az-ın məlumatına görə, bunu Almaniya "Frayburq"unun futbolçusu Nils Petersen Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
25-ci dəqiqədə hesabı açan 34 yaşlı hücumçu matçın çətin keçdiyini bildirib: "Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər. dərhal razılaşardıq".
Qeyd edək ki, G qrupunu "Frayburq" 14 xalla birinci, "Qarabağ" isə 8 xalla üçüncü sırada bitirib.