1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakıya qələbə üçün yollanacağıq"
Topaz Premyer Liqasının XXIX turunun "Simurq”la oyunu (1:0) "Qəbələ”nin futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, gənc müdafiəçi "qırmızı-qaralar”ın heyətində 90-cı matçını keçirib.
Abbasov 6 oyunluq qələbə seriyası, yubiley, "Simurq”la ötən turun oyunu və "Neftçi” ilə qarşıdakı matç haqda fikirlərini gabalafc.az-la bölüşüb: "Komanda indi yaxşı formadadır. Bunun da nəticəsidir ki, ardıcıl qələbələr qazanırıq. Məşqçinin tapşırıqlarını tam yerinə yetirib, müsbət nəticələr əldə edirik. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Son qarşılaşmada qalib gəldiyimiz "Simurq”la görüş də bizim üçün çox vacib idi. Bu komandadan cəmi 2 xal öndə idik. Həm də onlarla son oyunlarımızda nəticə qazana bilmirdik. Bu dəfə meydanı 3 xalla tərk etməyimiz çox vacib idi. Komandamız da buna nail oldu. "Qəbələ” mənə doğma komandadır. 90-cı oyunumu oynadım. İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim".
"Qəbələ" növbəti turda "Neftçi” ilə qarşılaşacaq. Abbasov bu matçın da çətin olacağını bildirib. Lakin o, yalnız qələbə haqda düşündüklərini söyləyib: "Qarşılaşmanın hazırlıqlarına bu gün start veririk. Bakıya qələbə üçün yollanacağıq. 3 xaldan başqa heç nə haqda fikirləşmirik”.
Qeyd edək ki, XXX turun "Neftçi” – "Qəbələ” qarşılaşması aprelin 17-də keçiriləcək.