"Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm. Onlar oturublar bizim torpaqlarda, ancaq həmin torpaqlar gec-tez azad olunacaq". Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.
Televiziyada yayımlanan proqramlardan narazılığını bildirən Ç.Abdullayev şikayətini bu cür ifadə edib: "Bütün günü səhərdən axşamadək efirdə çalırıq, oynayırıq. Orada qadınlar yeyib-içirlər. Hər hansı bir kitabın reklamını görməmişəm. Axşamadək ya şou-biznes, ya da şadlıq evlərinin reklamları gedir".
O, futbol oyunlarının efir vasitəsilə təbliğindən də danışıb: "Təbii, bunlara baxıb ermənilərin ürəyi partlayacaq ki, bu, necə millətdir. Səhərdən axşamadək yeyir, içir, oynayır. Mən onun qəti əleyhinəyəm. Kök qadınlar da qoy efirdə yesinlər. Amma heç olmasa, ağıllı kitabın, futbolun reklamı olsun".