
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXX turun oyunları keçirilib. Sportnet.az-ın PFL-ın rəsmi saytına istinadən məlumatına görə, keçirilən 4 matçdan yalnız birində qalib müəyyənləşib.
"Simurq" öz meydanında "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib. Digər matçlar isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
16 aprel
AZAL - "Sumqayıt” 1:1
Qollar: İsa Zeynalov, 22 - Orxan Əliyev, 34
"Bakı” - "İnter” 1:1
Qollar: Müşfiq İlyasov, 71 - Mirsahib Abbasov, 47
"Simurq” - "Qarabağ” 2:0
Qollar: Nicat Muxtarov, 55; Vüsal İsgəndərov, 65
"Neftçi” – "Qəbələ” 1:1
Qollar: Fəhmin Muradbəyli, 41 - Tellur Mütəllimov, 25