"Ən
vacib qələbələrimizdən birini qazandıq. Düzdür, çox çətin oldu, oyunçular çox
əziyyət çəkdilər. "Simurq”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır". Sportnet.az-ın məlumatına görə, bu sözləri
Topaz Premyer Liqasının XXX turunda
"Simurq"la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban
Qurbanov deyib.
Təcrübəli mütəxəssis 2:0 hesabı ilə bitən matçı belə şərh edib: "Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdir. Hələ ki Zaqataladayıq. Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir. Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm”.